Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ağdam Sənaye Parkında ilk rezidentlər qeydiyyata alınıb-FOTO

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında bu gün 2 müəssisəyə rezidentlik statusu verilib.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, həmin müəssisələrdən biri müxtəlif çeşidli sintetik xalçaların istehsalı, digər isə prefabrik dəmir-beton istehsal istehsalı ilə məşğul olan müəssisədir.

Hər iki müəssisə yerli sahibkarlara aiddir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə Ağdam Sənaye Parkı yaradılıb. Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

Burada rezidentlər dövlət tərəfindən torpaq sahəsi, nəqliyyat və kommunal xidmətlər də daxil olmaqla lazımi infrastrukturla təmin olunacaq. Aşağı kirayə haqqı, gəlir və əmlak vergisindən 10 il müddətinə, habelə istehsal məqsədləri üçün avadanlıq və texnologiyaların gətirilməsi halında ƏDV və idxal rüsumlarının ödənilməsindən müvafiq olaraq 10 və il müddətinə azad edilmə sənaye parklarının rezidentləri üçün əlavə stimul olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam