Baş nazir xalqdan üzr istədi-SƏBƏB
Böyük Britaniyanın baş naziri Boris Conson karantin zamanı Dauninq-stritdəki rəsmi iqamətgahında qonaqlıqda iştirak etdiyinə görə üzr istəyib.
Yenixeber.org: Bazar ertəsi, baş nazirin ofisində keçirilən tədbirin karantin qaydalarını pozduğunu təsdiq edən daxili audit hesabatı yayımlanıb.
"İlk növbədə üzr istəyirəm”, - Conson parlamentdə çıxış edərkən deyib.
O, auditin nəticələri ilə tam razılaşaraq ölkə sakinlərinin narazılığını başa düşdüyünü bildirib.