Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cəlilabadda Şəhidlər Parkı salınacaq-FOTO

Cəlilabad rayonunda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəhidlər Parkı salınacaq.

Yenixeber.org: Bununla bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən müvafiq qərar verilib.

Qərara uyğun olaraq, parkın salınması üçün rayonun Babalı kəndinin girişində təxminən 0,4 ha ərazi ayrılıb.

Şəhidlər Parkının salınması təşəbbüsü rayon fəalı Namiq Ağa tərəfindən irəli sürülüb və bir qrup rayon sakini bununla bağlı yerli icra hakimiyyətinə müraciət edib.

Cəlilabad RİH tərəfindən parkın inşası üçün təklif olunan yer məqsədəmüvafiq hesab olunub və sənədləşdirmə işlərinə başlanılıb.

Yaxın zamanda Şəhidlər Parkının inşasına başlanılacaq və ərazidə rayonun Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin hər birinin xatirəsinə müxtəlif növ ağaclar əkiləcək.

N.Ağa bildirib ki, ərazidə ağacəkmə aksiyasına xeyli sayda insan cəlb olunacaq: "Hər şəhidimizin adına bir ağac əksək, bununla həm onların xatirəsini əbədiləşdirərik, həm də təbiətimizi abadlaşdırarıq. Ağacların əkilməsi ilə salınan bağ isə bizim üçün Şəhidlər Parkı olacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam