Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Ermənilərin atıb qaçdıqları xeyli sayda silah-sursat aşkarlanıb -Xocavənddə

Xocavənddə ermənilərin atıb qaçdıqları xeyli sayda silah-sursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri tədbirlər yerinə yetirilir.

Yenixeber.org:  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat toplanıb.

Ötən bir ilə yaxın müddət ərzində Laçın RPŞ-nin əməkdaşları tərəfindən 13 pulemyot, 3 avtomat, 3 tüfəng, 3 qumbaraatan, 30 əl qumbarası, 1 “Muxa”, 1 “İqla”, 1 minaatan qurğusu, 80 qumbaratan mərmisi, 93 sandıq, 13200 müxtəlif çaplı patronlar, 105 tank və piyada əleyhinə mina və 6 digər partlayıcı vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam