Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gürcü jurnalist Lavrova rusca sual verməkdən İMTİNA ETDİ - VİDEO

Gürcü jurnalist Lavrova rusca sual verməkdən İMTİNA ETDİ – VİDEO

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun keçirdiyi mətbuat konfransında nazirliyin sözçüsü Mariya Zaxarova ilə Gürcüstanın “Rustavi” telekanalının müxbiri Tamara Nutsubidze arasında söz çəkişməsi baş verib.

Yenixeber.org: S.Lavrov ötən gün İsveçin paytaxtı Stokholmda ATƏT xarici işlər nazirlərinin iclasında iştirak edib, bir sıra görüşlər keçirib, danışıqlar aparıb, bir sözlə onun sıx qrafiki olub.

Rusiyanın xarici siyasət idarəsinin rəhbəri günün sonunda kameralar qarşısına çıxıb, jurnalistlərin suallarını cavablandırıb. Həmin media nümayəndələrindən bir də “Rustavi” telekanalının müxbiri Tamara Nutsubidze olub.

O, S.Lavrova sualı ingiliscə verməyə başlayıb. Bu zaman M.Zaxarova gürcü jurnalistin sözünü kəsərək ona rus dilində danışa bildiyini xatırladıb: “Tamara, zəhmət olmasa, rusca danışaq. Mətbuat konfransında rusiyalı jurnalistlər də iştirak edir”.

Eyni zamanda S.Lavrov T.Nutsubidzedən rusca danışmağın onun üçün çətin olub-olmadığını soruşub. Gürcü jurnalistin cavabı mənfi olub. Bu zaman S.Lavrov deyib: “Mən tərcümə edərəm”.

Nəticədə gürcü jurnalist rus dilinə keçməkdən təkidlə imtina edib və ingilis dilində Rusiyanın Gürcüstanın NATO-ya üzv olmaq istəyinə münasibətini soruşub. S.Lavrov isə ona rusca cavab verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam