Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Nərimanov rayonu birinci yerə layiq görülüb

 

"Xeberinfo.com":   Məlum olduğu kimi paytaxtımızda cari ilin 10 may tarixində Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində gül bayramı keçirilib.

Ulu Öndərimizin əziz və parlaq xatirəsinə hörmət və ehtiram əlaməti olaraq ənənəvi şəkildə qeyd edilən və rayonun rəhbərliyi, ziyalılar, sakinlər və paytaxtımızın qonaqlarının iştirak etdiyi gül bayramında Nərimanov rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagird kollektivlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələrinin müxtəlif növ dekorativ güllərdən, dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslubda nümayiş olunan kompozisiyalar öz görünüşü və ifadəliliyi ilə seçilərək göz oxşayıb.       
     Bayram libasına bürünmüş parkda təbiəti sevən, təsviri sənətə həvəs göstərən uşaqlar öz istedadlarını birbaşa nümayiş etdirmək imkanı qazanıblar. Ümummilli Liderimiz Heydər Əliyevin tər çiçəklərdən “toxunmuş” portret xalçası tədbirə qatılan insanlarda duyğulu hisslər oyadıb. Fidan balaların gülləri xatırladan müxtəlif libaslarda parka gəlişi isə bayram ovqatını daha da artırıb.

         Cari ilin iyunun 11-də Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş "Gül bayramı-2015" yekunlarına həsr olunmuş iclasında Nərimanov rayonu gül bayramına məxsus çoxillik ənənələri zənginləşdirərək nəzərdə tutulmuş bütün nominasiyalar üzrə tələblərə cavab verdiyinə, gül-çiçəkdən yaradıcı və geniş istifadə etməklə təqdim olunan əsərlərin bolluğuna, dolğun təzahürünə və mövzu fərqliliyinə görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, professor Hacıbala Abutalıbov tərəfindən birinci yerə layiq görülüb.

        

Tədbirin təşkilində zəhməti keçən hər bir kəsi təbrik edirik!

 

         


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam