Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ANS-də "yarpaq tökümü"

 

ANS TV-də baş verən ixtisarlar nəticəsində daha beş müxbir işdən çıxarılıb. Telekanalın baş redaktoru Qənirə Ataşova vəzifədən azad edilib və daha bir departament ləğv edilib. 

 

"xeberinfo.com": Məlumata görə, televiziya rəhbərliyi yeni ildən etibarən "İç Xəbər" departamentinin müxbirləri - Xeybər Məmmədov, İsmayıl Fətəliyev, Əli Abuzərov, Xatirə Məmmədova, Nərgiz Tahirova ilə əməkdaşlığa xitam verib. İsmayıl Fətəliyevlə Nərgiz Tahirova - "İç xəbər", Xatirə Məmmədova - "Düzbucaq", Əli Abuzərov isə departamentin "İqtisadiyyat" üzrə  müxabiri olub. 
 
Azərbaycanın ilk müstəqil televiziyasında ixtisarlar bununla bitmir. Məlumatda "Növbətçi" departamentinin ləğv edilib, "İç Xəbər"ə birləşdirildiyi deyilir. 
 
ANS-də ən gözlənilməz dəyişiklik isə televiziyada baş redaktor vəzifəsini icra edən tanınmış aparıcı Qənirə Ataşovanın vəzifədən azad edilməsi olub. Əldə etdiyimiz məlumatda Qənirə Ataşovanı Murad Hüseynovun əvəz etdiyi deyilir. 
 
Bundan başqa, "Cinayət işi" verilişi Sərxan Kamallıdan alınaraq, yenidən Rəşad Məmmədova verilib. 

Məlumatda o da bildirilir ki, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin həyat yoldaşı Səbinə Heydərova yenidən "İç Xəbər"ə aparıcı qismində qayıdıb. 
 
Xatırladaq ki, bundan əvvəl televiziyada müxbir vəzifəsində çalışan İsmayıl Fətəliyev, operatorlar Feyruz Ağayev ve Taleh Mikayılov da işdən azad edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam