Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rusiyada peyvənd dilemması -Putinin reytinqi düşür, hökumət risk eləmir...

Rusiyalılar hakimiyyətə inanmadıqları üçün COVID-19-a qarşı peyvənd vurdurmaq istəmirlər. Bunu Prezident Administrasiyasının sifarişilə keçirilən sorğular üzə çıxarıb.

Yenixeber.org: “Meduza” portalı yazıb ki, Kreml əhalinin vaksinasiya proqramına yenidən təkan vermək istəyir, amma bunu Prezident Vladimir Putinin reytinqinə zərbə vurmayacaq tərzdə etməyə çalışır. Rusiyada əhalinin 35%-nin tam peyvənd olunduğu bildirilir.

Mənbələrin “Meduza”ya dediyinə görə, Kreml vaksinasiya mövzusunun Prezidentin reytinqinə mənfi təsir göstərdiyini düşünür. Federal mühafizə xidmətinin keçirdiyi qapalı sorğular bəzi regionlarda Putinə etimadın 20-30 faizə düşdüyünü üzə çıxarıb. Prezidentin reytinqi sonuncu dəfə pensiya yaşı qaldırılanda düşmüşdü.

Prezident administrasiyasına yaxın anonim mənbə “Meduza”ya deyib ki, Kreml vaksinasiyaya görə məsuliyyəti region rəhbərlərinin üzərinə qoymağa çalışır, onlardan fərqli təkliflər istənilir. Məsələn, spirtli içkilərin peyvənd vurduranlara satılması kimi.

Mənbə danışıb ki, respondentlərin çoxu hakimiyyətin özünün istehsal etdiyi vaksinlərin sadə əhaliyə çatmadığını düşünürlər. Prezident Administrasiyasına yaxın mənbənin dediyinə görə, vaksinasiyaya qarşı propaqanda internetdə trendə çevrilib və hakimiyyətin vaksin təbliğatı yönündə cəhdlərini kölgədə qoyub.

Kreml isə vəziyyətin həllini peyvənd olunmayanların həyatını çətinləşdirməkdə, vaksin sertifikatının gündəlik həyatı asanlaşdırması ideyasının təbliğində görür. Strategiya müəllifləri əmindirlər ki, əhalinin böyük hissəsi vaksinasiyaya qarşı qəti mövqedə deyillər, tərəddüd edirlər, onların fikrini yumşaq güclə dəyişmək olar.

Rusiyada koronavirusa ümumi yoluxma sayı 9 milyonu keçib. 259 mindən çox xəstə vəfat edib. Müstəqil demoqraflar rəsmi rəqəmləri üç dəfə artırmağı məsləhət görürlər. Bu halda ölü sayı 777 mini keçir.

Rusiya hakimiyyəti “Meduza”nı xarici agent siyahısına salıb. Redaksiya bu qərarla razı deyil, onu məhkəmədə mübahisələndirir. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam