Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Zakir Həsənov -Türkiyə generallarının Vətən müharibəsindəki rolundan danışıb

“Bildiyiniz kimi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi, ərazi bütövlüyümüz bərpa olundu”.

Yenixeber.org: Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə keçirilən mətbuat konfransında deyib.

“Bu 44 gün ərzində Türkiyənin hərbi-siyasi rəhbərliyi daima Azərbaycanın yanında idi, ölkəmizə siyasi və mənəvi dəstək göstərdi, bütün xaricdən diplomatik hücumların qarşısını alınmasında böyük dəstək verdi. Azərbaycan Ordusu Vətən müharibəsində yüksək peşəkarlıq nümayiş etdirdi. Azərbaycan Ordusunun əksər şəxsiyyətinin hazırlığı Türkiyə Ssilahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzlərində həyata keçirilirdi. Bildiyimiz kimi, Türkiyə dünyanın ən güclü ordularından biridir. Millətimiz, dinimiz, dilimiz və mədəniyyətimiz bir olaraq, biz bu şansdan istifadə edib Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən məharətlə bəhrələndik və indi də davam edirik. 

Yeri gəlmişkən deyim ki, mən özüm çox şeyi hörmətli generallardan və burada əyləşənlərdən öyrənirəm”, - Z.Həsənov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam