Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Hərbi gərginlik artır -Qara Dənizdə

Qara Dənizdə hərbi gərginlik artır   
Pentaqon bəyan edib ki, Rusiya hərbçilərinin Ukrayna sərhədləri yaxınlığında “qeyri-adi” fəaliyyətini izləyir və narahatlıq keçirir. CİA-nın direktoru Uilyam Börns prezident Baydenin tapşırığı ilə Moskvaya gələrək, bu haqda danışıqlar aparıb. Rusiyalı həmkarı Nikolay Patruşevlə görüşəndən sonra o, Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng vurub.
Yenixeber.org: Bu arada ABŞ-ın Hərbi Hava Qüvvələrinin iki raketdaşıyan В-1В bombardmançı təyyarəsi Britaniyadan Qara Dənizə yol alıb.


Qara Dənizdə onları ABÇ-ın “USS Porter” esminesi, “USS Mount Whitney” və “USNS John Lenthall”, həmçinin, onlara qoşulmuş bolqar, rumın və türk gəmilərindən ibarət NATO dəniz qruplaşması gözləyir.

Gəmiləri havadan ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus “McDonnell Douglas F-15E Strike Eagle” təyyarələri müşayiət edirlər. Bu təyyarələr hazırda “Castle Forge” təlimləri çərçivəsində Rumıniya və Bolqarıstana gəliblər.


Ukrayna isə 95-ci desant hücum briqadasını Qorlovka bölgəsinə dislokasiya edib, həmçinin, “Bayraktar”ları yenidən havaya qaldırıb.


Bir neçə gün əvvəl məhz Qorlovka bölgəsində separatçıların “xalq milis qüvvələri” Ukrayna mövqlərinə atəş açmışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam