Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

DQİDK-dən yeni təyinat

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni təyinat olub.

"Xeberinfo.com":  "Report"un məlumatına görə, Sadiq Mirzəyev DQİDK-də yeni yaradılan Dini Maarifləndirmə İşinin Təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Dini Maarifləndirmə İşinin Təşkili şöbəsi yeni yaradılıb və ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, dini ekstremizm və radikalizm meyillərinin qarşısının alınması məqsədilə dini maarifləndirmə işini təşkil edir.

Şöbə bu məqsədlə respublika və regional səviyyədə konfrans, "dəyirmi masa", seminar-treninqlərin keçirilməsi, təhsil müəssisələrində, habelə digər hökumət və qeyri-hökumət təşkilatlarında vətəndaşların, xüsusilə gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinə qarşı preventiv tədbirlərin görülməsi istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, dini qurumlar arasında maarifçilik işi aparır və onların koordinasiyalı şəkildə fəaliyyət göstərməsini təmin edir.

Şöbə Komitənin rəsmi orqanı olan "Dövlət və Din" ictimai fikir toplusunu, "Cəmiyyət və Din" qəzetini, dini mahiyyətli müxtəlif ədəbiyyatı və s. maarifləndirici materialları nəşrə hazırlayır. Bu məqsədlə şöbəyə daxil olan məqalələrin, əlyazmaların qeydiyyata alınması, əməkdaşlar arasında bölüşdürülməsi və çapa hazırlığı ilə əlaqədar digər işlərin aparılmasını həyata keçirir.

Bundan əlavə, şöbəyə daxil olan məktubların, müraciətlərin analiz edilib cavablandırılmasını və Dövlət Komitəsi sədrinin ona həvalə etdiyi digər funksiyaları yerinə yetirir.

Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam