Deputat mandatdan imtina edib -Ermənistanda
Müxalifətdə olan "Ermənistan" blokunu təmsil edən David Sedrakyan deputat mandatından imtina edib.
Yenixeber.org: “Sputnik Armenia” xəbər verir ki, bu barədə eyniadlı fraksiyanın nümayəndəsi Qeqam Manukyan məlumat verib.
Onun sözlərinə görə, həmkarının mandatdan imtina etməsi şəxsi problemləri ilə bağlıdır.
Qeyd edək ki, D.Sedrakyan Ermənistan Respublika Partiyasının keçmiş deputatı Mqer Sedrakyanın oğludur. M.Sedrakyan vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir.