Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Avropa İttifaqının bu ölkələri sərhədlərində divar hörmək qərarı verib

Avropa İttifaqının 12 ölkəsi sərhədlərində divar hörmək qərarı verib

Yunanıstan, Avstriya, Polşa və Macarıstan da daxil olmaqla Avropa İttifaqının 12 ölkəsi sərhədində divar hörmək üçün qurumdan maliyyə yardımı istəyib.

Yenixeber.org: Məlumatı oktyabrın 9-da Yunanıstan mətbuatı yayıb.

Bildirilib ki, Avropaya qaçqın axınının qarşısını almaq məqsədi ilə Aİ ölkələri çıxış yolunu sərhədin divarla hörülməsində görür. Ona görə də 12 dövlət ittifaqdan maliyyə vəsaiti tələb edir.

Avstriya, Bolqarıstan, yunan Kipri, Çex Respubilkası, Danimarka, Estoniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Polşa və Slovakiyanın daxili işlər nazirləri rəsmi Brüsselə maliyyə vəsaiti ilə bağlı məktub ünvanlayıblar: “Bu qanuni tədbir Avropa büdcəsindən əlavə və adekvat maliyyələşmənin tələblərinə cavab verməlidir. Üçüncü heç bir ölkə miqrasiya sistemimizə Əfqanıstandakı mövcud vəziyyətdən istifadə etməklə təzyiq göstərə bilməz” .

Qeyd edək ki, ötən həftə Avropa İttifaqı Komissiyası sədrinin müavini Marqarita Şoinas və ittifaqın daxili işlər komissarı Elva Yohansson Aİ ölkələrinin öz sərhədlərində divar çəkmə hüququnun olduğunu söyləyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam