Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Aqrar Xidmətlər Agentliyinin əsasnaməsində dəyişikliklər edilib-FƏRMAN

 Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Yenixeber.org: Fərmanda aşağıdakı dəyişikliklər edilib:

1. 1.1-ci bənddən (birinci halda) və 2.0.3-cü yarımbənddən ismin müvafiq hallarında “(bitki sortları)” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 3.0.17-1-ci yarımbənd əlavə edilsin:

“3.0.17-1. fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında fitosanitar karantin baxışı keçirmək və müayinə aparmaq, bitki və bitkiçilik məhsullarında, torpaqda, suda, bitki mühafizə vasitələrində toksikoloji analizlər aparmaq, eləcə də nəticələrinə dair müvafiq arayışlar vermək;”.

3. 3.0.19-cu yarımbənddən ismin müvafiq hallarında “(bitki sortları)” sözləri çıxarılsın, həmin yarımbənddə “sınağını keçirmək” sözləri “sınağının keçirilməsini təmin etmək” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 4.0.13-1-ci yarımbənd əlavə edilsin:

“4.0.13-1. beynəlxalq qurumların və yerli fiziki və hüquqi şəxslərin maliyyə dəstəyi ilə aqrar sahədə layihələrin icrasını təşkil etmək;”.

5. 5.1-ci və 5.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“5.1. Agentlik öz fəaliyyətini Aparatı və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.

5.2. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr rəhbərlik edir. Agentliyin sədri Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.”.

6. 5.3-cü bənddə “üç” sözü “dörd” sözü ilə əvəz edilsin.

7. 5.5.3-cü yarımbənddə “ödənilməsi” sözü “ödənişi” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “Aparatının” sözündən sonra “və tabeliyindəki qurumların” sözləri əlavə olunsun.

8. 5.5.5-ci yarımbənddə “Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin etdiyi digər” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “digər işçilərini” sözlərindən sonra “, habelə tabeliyindəki qurumların işçilərini (hüquqi şəxslərin isə yalnız rəhbərlərini) Nazirliklə razılaşdırmaqla” sözləri əlavə olunsun.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam