Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkədə fövqəladə vəziyyət ləğv olunur

Yaponiyada koronavirusa qarşı fövqəladə vəziyyət və fəal mübarizə tədbirləri rejiminin oktyabr ayının 1-dən qüvvədən düşməsi təsdiqlənib.

Yenixeber.org: Bunu baş nazir Yoşihide Suqa koronavirusa qarşı mübarizə tədbirlərinə dair hökumətin nəzdindəki qərargahın iclasında bildirib.

“Ölkədə yeni yoluxma hallarının sayı azalır, səhiyyə sistemi üzərindəki yük yüngülləşir. Bununla bağlı fövqəladə vəziyyət və fəal mübarizə tədbirləri rejimərinin qüvvədən düşəcəyi 30 sentyabr tarixindən sonra ləğv etmək qərara alınıb” – deyə hökumət başçısı qeyd edib.

Yaponiyada fövqəladə vəziyyət rejimi 19 prefekturada (əyalətdə), nisbətən yumşaq olan fəal tədbirlər rejimi isə 8 əyalətdə tətbiq olunmuşdu. Bu ilin aprel ayında tətbiq olunmuş fövqəladə vəziyyət rejimi bir neçə dəfə uzadılıb.

Hazırda Yaponiyada əhalinin 60 faizə yaxını tam peyvəndlənib. Gündəlik yoluxma sayı avqust ayındakı 25 mindən 1128 nəfərədək azalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam