Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

DİN-dən Nizami Piriyevin döyülməsi haqda açıqlama

 

Daxili İşlər Naziliyi (DİN) həbs edilən iş adamı Nizami Piriyevin təcridxanada işgəncəyə məruz qalması ilə bağlı iddialara münasibət bildirib

"Xeberinfo.com":  DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov Azvision.az-ın sorğusuna cavab olaraq bildirib ki, Nizami Piriyevin döyülməsi ilə bağlı məlumatların heç bir əsası yoxdur.
“Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə qaldırılmış cinayət işi üzrə təqsirli bilinərək məhkəmənin qərarı ilə barəsində həbs - qətimkan tədbiri seçilən Nizami Piriyevin Müvəqqəti Saxlama Yerində guya döyülməsi və işgəncəyə məruz qalması barədə yayılan məlumatların heç bir əsası yoxdur. 
Məqsədli şəkildə uydurularaq mətbuata göndərilən bu məlumatı qətiyyətlə təkzib edərək bildirmək istəyirəm ki, DİN-in tabeliyində olan bütün MSY-də, o cümlədən BMCMİ-in nəzdində olan MSY-də saxlanılan şəxslər üçün müasir dünya standartlarına tam cavab verən şərait mövcuddur. Rəhbərliyin birbaşa nəzarətində olan saxlama yerlərində hər hansı qanunsuz hərəkətin törədilməsi mümkünsüzdür. Orada saxlanılan hər bir təqsirləndirilən şəxs, o cümlədən Nizami Piriyev qanuna uyğun olaraq vəkillə təmin olunur. Bundan başqa, istər yerli, istərsə də beynəlxalq hüquq-müdafiə təşkilatlarının nümayəndələri mütəmadi olaraq Müvəqqəti Saxlama Yerlərində monitorinqlər keçirirlər və hər dəfə də onlar öz hesabatlarında müsbət rəylərini qeyd ediblər”-deyə DİN-in rəsmi açıqlamasında qeyd olunub.
Qeyd edək ki, barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi açılan N.Piriyev 3 ay 24 gün müddətinə həbs edilib. 
Onun vəkili Muxtar Mustafayev mətbuatda verdiyi açıqlamada müvəkkilinin təcridxanada döyüldüyünü, işgəncəyə məruz qaldığını bildirib.
İş adamı Beynəlxalq Bankdan götürdüyü küllü miqdarda kredit borcunu geri qaytarmağını üçün həbs edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam