Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nizami Piriyevdən öldürülən polislə bağlı açıqlama

 

Xəbər verdiyimiz kimi bu gün gecə saatlarında Nizami rayonunda güllələnərək qətlə yetirilən keçmiş polis əməkdaşı iş adamı Nizami Piriyevin qaynı Namiq Əsədovla şərik olub.

 

"Xeberinfo.com":   Məlumatlara görə, N.Əsədovla N.İbrahimov arasında konflikt olub və Nizami Piriyevin qaynı keçmiş polis əməkdaşını şəriklikdən çıxarıb. 

Tərəflər hətta məhkəmədə qarşılaşıblar. 

O da bildirilir ki, Namiq Əsədov Nadir İbrahimova yeznəsi, tanınmış biznesmen Nizami Piriyev vasitəsilə psixoloji təsir göstərib.

Sözügedən məlumatlar bu ilin may ayında yayılıb. Yəni, tərəflər arasındakı konfliktin tarixçəsi çox yaxın tarixlərə söykənir. Polisin güllələnməsində şərikinin əlinin olub-olmaması isə sual atındadır. 

Bu barədə sözügedən qalmaqallarda adı hallanan Nizami Piriyev AzNews.az-a açıqlama verib. Bildirib ki, Nadir İbrahimov adlı şəxsi tanımır: “Mən o adamı tanımıram. Məhkəmə ilə təzyiq etmək məsələsi də əsassızdır. Mənim öz biznesim özümə bəsdir. Heç vaxt qaynımın işlərinə qarışmamışam. Heç maraqlanmamışam da. N.İbrahimovla da xüsusi tanışlığım olmayıb. Qaynımın da belə şərikinin olmasından xəbərsiz olmuşam. Şərik olublar, olmayıblar, kimdir, bilmirəm”.

Xatırladaq ki, bu gün gecə saatlarında Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. Nadir İbrahimov Rövşən Həsənovla Nizami rayonunda görüşüb. Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi “Makarov” markalı tapancadan Nadir İbrahimova 8 güllə atıb. Nadir İbrahimov 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşka) çatdırılsa da dünyasını dəyişib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam