Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Kredit qalmaqalı" ilə bağlı daha bir iş adamı axtarışa verildi

 

Azərbaycan Beynəlxalq Bankının ətrafında yaranmış kredit qalmaqalı ilə bağlı iş adamı axtarışa verilib.

"Xeberinfo.com":   Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, “Azərbaycan Consaltinq Qrup”, “PNN Group” və bir sıra başqa şirkətlərin sahibi Nəsib Piriyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi ilə əlaqədar axtarışa verilib. N. Piriyevin xarici ölkələrdən birində olduğu, dəfələrlə istintaqa çağırılmağına baxmayaraq, ölkəyə qayıtmadığı bildirilir.

Qeyd edək ki, Nəsib Piriyev bir müddət əvvəl həbs edilən və daha sonra azadlığa buraxılan iş adamı Nizami Piriyevin oğludur.

Xatırladaq ki, Nəsib Piriyevin işi ilə bağlı daha dörd iş adamı hazırda həbsdədir.

Vəkil Kamandar Nəsibov APA-ya açıqlamasında bildirib ki, həmin işlə bağlı tutulan iş adamları Adil Hüseynov, Adil Mikayılov, Erhan Cavad Yavuz və Ratmir Bəkirov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılırlar.

K. Nəsibov həmçinin iş adamı Nəsib Piriyevin axtarışa verilməsi xəbərini təsdiqləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam