Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Bu general da müsəlmanların əhatəsində böyüyüb" -"Aleksey Rüstəmdən fərqli olmayacaq..."

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovun xidmət müddətini başa çatıb. Onun yerinə Cənub Hərbi Dairə komandanının müavini Aleksey Avdeyev təyin olunub.

Yenixeber.org: Poltioloq Elxan Şahinoğlu xatırladır ki, Rüstəm Muradov Dağıstan doğumlu idi, Aleksey Avdeyev də müsəlmanların əhatəsində böyüyüb, 1967-ci ildə Daşkənddə anadan olub.

"Bu Rusiyanın ənənəvi siyasətidir, yerlərdə elə təmsilçilər təyin edir ki, ixtilaf doğurmasın. Ancaq önəmli olan “sülhməramlılara” komandanlıq edənin harda doğulduğu və isminin Rüstəm olması deyil. Rüstəmlər, Alekseylər Moskvanın təlimatı əsasında hərəkət edirlər, Müdafiə Nazirliklərinin tapşırıqlarını yerinə yetirirlər.

Əgər Moskvadan “erməni separatçılarının lideriylə təmasda olun”, “Qarabağdakı ermənilərin sosial problemlərinin həllində fəal olun, infrastuktur çalışmalarında yer alın” təlimatlarını alırlarsa, bu əmrləri yerinə yetirməlidirlər. Ona görə də Alekseyin Rüstəmdən fərqli olacağını, Azərbaycan iradlarını nəzərə alacağını söyləmək mümkün deyil. Biz öz işimizi görməliyik",-deyə politoloq vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam