Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Qaxlı qızın öldürülməsində əli olan 3 gürcü nazir kimdir? – FAKTLAR  

2020-ci ilin 23 iyul tarixində Gürcüstanın Qvemo Poniçala ərazisində avtomobilində ölü tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili qızının müəmmalı ölümünün araşdırmaq üçün Türkiyə və Azərbaycan hökümətinə müraciət edib.
Yenixeber.org: İddialara görə, Tamar Baçeliaşvili Tovuz döyüşlərində istifadə olunan və Rusiyadan gətirilən silahların Gürcüstan üzərindən Ermənistana daşınmasının məhz ölkənin vəzifəli şəxslərinin əli olduğu barədə sənəd və peyk görüntülərini yaymaq səbəbilə qətlə yetirilib.
Tamar Baçaliaşvilinin ailə üzvləri Tbilisidə Baş Prokurorluğun binası qarşısında aksiya keçirərək peyk şəkillərinin dərc olunması və sui-qəsd dərəcəsinə çatdırma maddəsinin qəsdən adam öldürmə maddəsi ilə əvəzlənməsini tələb ediblər.
Aksiyada plakatların birində “Üç yüksək vəzifəli məmur Qarabağ müharibəsi üçün Azərbaycana qarşı silahla təminat həyata keçirib”, - deyə qeyd olunub.
T.Tamazaşvili Azərbaycan və Türkiyə hökumətlərini qızının ölüm faktı ilə maraqlanmağa çağırıb:
“Gürcüstan hökuməti üç yüksək vəzifəli məmurdan fayllar tələb etməlidir. Qızım təsadüfən onları açıb və silahla təminat sxemini deşifrə edib”.

Etirazçılar bildiriblər ki, tələb etdikləri sübutlar təqdim olunmasa, aksiyalar siyasi forma alacaq. T. Tamazaşvili aksiyaların davam etdiriləcəyini qeyd edib.

Xatırladaq ki, Kvemo Poniçala sakini olan T. Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə Ağbulaq (Tetritskaro) meşəsində aşkar olunub.
Məlumata görə, Tamar Baçaliaşvili Azərbaycanın Qax rayonunda anadan olub.(Bizim.media)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam