Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Çöllük sahədə çətənə əkən şəxs saxlanıldı-Saatlıda

  

Saatlı rayonunda narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, rayon polis şöbəsinə Orta Muğan kəndi ərazisində yerləşən çöllük sahədə narkotik tərkibli çətənə kollarının əkildiyi barədə məlumatı daxil olub. Məlumatla əlaqədar dərhal həmin ərazi əməliyyat nəzarətinə götürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan həmin kənd sakini, 34 yaşlı Elşən Maxadinov "iş başında" saxlanılıb.

Həmin əraziyə keçirdikləri baxış zamanı isə oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 32 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam