Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə və Azərbaycan yanğınsöndürənləri -Dənizli bölgəsindəki yanğını söndürüb

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Dənizli bölgəsindəki yanğını söndürüb

"Prezident İlham Əliyevin göstərişi ilə Türkiyədə baş verən yanğınlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən iki mərhələli - insan və texnika yardımı göstərilib".

Yenixeber.org: Bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən gün Dənizli bölgəsində baş verən yanğınlar söndürülüb: "Birinci yardım 100 nəfərdən ibarət olan insan təyyarə vasitəsilə, ikinci yardım isə quru yolla 54 texnika, 247 nəfər şəxsi heyət dünən axşam hadisə yerindən 157-170 km kənarda, Dənizli şəhərində Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən hadisə yerinə cəlb edilib. Bu yanğınlar Buldan və Tavas istiqamətlərində baş verib. Bu istiqamətlərin hər birinə 180 yanğınsöndürən və 50 ədəd yanğın avtomobili cəlb olunub. Mənim özüm də bu istiqamətə Mersindən hərəkət etmişəm, 2 saatdan sonra hadisə yerinə çatdıq və yanğının söndürülməsi istiqamətində fəaliyyətə başlanıldı. Demək olar ki, yanğınlardan biri saat 02:30 radələrində söndürüldü. Digəri isə bu gün səhər saatlarında məlumat verildi ki, söndürülüb. Göstərişim əsasında orada olan texnika və şəxsi heyət Muğla istiqamətində hərəkət edir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam