Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Valyuta mübadiləsi məntəqəsinə basqın edilib-Ermənistanda

Ermənistanda bir qrup şəxs valyuta mübadiləsi məntəqəsinə basqın edib

Ermənistanın paytaxtı Yerevanın mərkəzində valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.

Yenixeber.org: Ermənistan mediası xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"İyulun 29-da bir neçə nəfər zorla Yerevanın Amiryan küçəsində kreditlərin verilməsi və valyuta mübadiləsi məntəqəsinə girib və qumbara ilə hədələyərək, əməkdaşlardan pul tələb ediblər. Onlar müqavimətlə qarşılaşaraq, qaçmağa üz qoyublar", - komitənin saytında deyilir.

"Hadisə yerində cinayətkarlardan birinin maskası və döyüş qumbarası aşkarlanıb. Zərərçəkmiş və şahidlər də daxil olmaqla, bir neçə nəfərin ifadəsi alınıb. Ekspertiza təyin edilib", - komitədə bildiriblər.

Qeyd edilir ki, hadisə ilə bağlı cinayət işi qaldırılıb. Cinayətkarları 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam