Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sanatoriyada döyüldüyünü deyən qazi ilə bağlı -açıqlama

Sosial şəbəkələrdə Bakıda qazi ilə Bilgəh Kardioloji Sanatoriyasının mühafizəçisi arasında baş verən insidentə aid videogörüntü yayılıb.

Yenixeber.org: Qazi Nəsimi Dadaşlı bildirib ki, digər qazilərlə sanatoriya ərazisində çimərlikdə istirahət etdikdən sonra taksi sifariş ediblər və mühafizəçi həmin taksini çimərliyə buraxmadığı üçün mübahisə ediblər. N.Dadaşlı əlbəyaxa dava zamanı döyüldüyünü iddia edib.

DİN Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “qafqazinfo”ya açıqlamasında bildirib ki, paytaxt sakini, 1974-cü il təvəllüdlü Dadaşlı Nəsimi Qəmbər oğlu iyulun 18-i gecə saat 03 radələrində Sabunçu rayon Polis idarəsinin 14-cü Polis Bölməsinə ərizə ilə müraciət edib: “O bildirib ki, saat 02:40 radələrində Bilgəh qəsəbəsində yerləşən Kardioloji Sanatoriyanın mühafizəçisi Əliyev Ziya Zəlimxan oğlu ilə aralarında baş verən mübahisə zamanı yumruqla baş nahiyəsindən xəsarət yetirilib”.

Fakt üzrə hər iki şəxsin 14-cü PB-də izahatları alınıb. Kardioloji Sanatoriyanın mühafizəçisi izahatında bildirib ki, Nəsimi Dadaşlı da ona xəsarət yetirib. Hər iki şəxsin müraciətləri əsasında ekspertizalar təyin edilib və toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Sabunçu RPİ istintaq idarəsinə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam