Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Gəlin, öz problemlərimizi öz aramızda həll edək” –Taliban lideri

Müharibə şəraitində olan bir ölkədə Əfqan təhlükəsizlik qüvvələri ilə Taliban arasında qanlı toqquşmalar fonunda Taliban ali lideri Hibetullah Ahundzada, davam edən münaqişənin siyasi həllini “qətiyyətlə dəstəklədiyini” deyib.

Yenixeber.org: “Daily Pakistan” xəbər verir ki, Əfqanıstan hökumətinin yüksək səviyyəli nümayəndə heyəti və Taliban səlahiyyətliləri Dohada bir araya gəldikdən qısa müddət sonra qiyamçılar Qurban Bayramı ərəfəsində rəsmi açıqlama yayaraq, bəyan edib ki, “hərbi qazanclara və uğurlara baxmayaraq, İslam Əmirliyi ölkədəki siyasi tənzimlənmənin tərəfdarıdır”.

H.Ahundzada daha sonra deyib ki, İslam Əmirliyi tərəfindən İslam sistemi, sülh və təhlükəsizliyin qurulması üçün hər fürsətdən istifadə ediləcək. O, qrupunun müharibəni bitirmək üçün həll yolu tapmağa sadiq qaldığını və müxalifət partiyalarını həm də vaxt itirdiklərinə görə qınayıb: “Gəlin, öz problemlərimizi öz aramızda həll edək və xaricilərə güvənmək əvəzinə, vətənimizi mövcud böhrandan xilas edək”.

 

 

Dohadakı danışıqlara rəhbərlik edən Əfqanıstanın keçmiş icra rəisi Dr.Abdullah Abdullah deyib ki, görüşdə məqsəd sülh danışıqlarını sürətləndirmək olub: “Əfqanıstan İslam Respublikası adından bütün siyasi qurumların, partiyaların və Əfqanıstan xalqının sülh prosesini dəstəklədiklərini və danışıqlarda qətiyyətlə iştirak etdiklərini təmin etdik. Əminəm ki, biz sülh tərəfdarıyıq. Hamımız bilirik ki, dinc bir vəziyyətə keçməliyik. Bu danışıqlar zamanı yaxşı xəbərlər əldə etdik, bir-birimizin mövqelərini daha yaxşı başa düşdük və bu səviyyədə danışıqların davamlı olmasına qərar verdik. Barışıq prosesi üçün hamımız cavabdeh olmalıyıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam