Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Almaniyada konfrans keçirildi

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində “Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun təşkilatçılığı ilə Almaniyada konfrans keçirilib. 

"Xeberinfo.com": Konfransda Azərbaycan səfirliyinin əməkdaşları, siyasi ekspertlər, iqtisadi araşdırma mərkəzlərinin nümayəndələri, QHT rəhbərləri, media qurumlarının təmsilçiləri, ümumilikdə 60-a yaxın şəxs iştirak edib. Toplantının məqsədi ölkəmizin son illərdə sosial, iqtisadi və siyasi sahədə əldə etdiyi uğurlar haqqında Almaniya ictimaiyyətini dolğun və dürüst  informasiya ilə təmin etmək olub. 
Konfransda çıxış edən “Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun sədri Matias Dornfelt tədbir iştirakçılarının diqqətini ölkəmizdə səmərəli idarəetmə və elektron hökumət sahələrində həyata keçirilən müsbət islahatlara çəkərək, ASAN xidmət mərkəzlərinin fəaliyyətinin nümunəvi  model olduğunu deyib. Təşkilatın sədri ASAN Xidmət mərkəzlərinin yaradılmasında məqsədin şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirməsi, əhalinin sosial problemlərinin səmərəli həlli və inzibati sahədə effektivliyin artırılması olduğunu vurğulayıb. Cənab Dornfelt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolunun və yürütdüyü xarici siyasət kursunun təqdiredici olduğunu deyərək torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi və bunu nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasına  baxmayaraq ölkəmizin ötən illər ərzində bütün sahələrdə əhəmiyyətli inkişafa nail olduğunu qeyd edib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam