Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ağsu dolaylarına alternativ asma körpü və tünel inşa edilir -VİDEO

 

Ağsu dolaylarına alternativ asma körpü və tünel inşa edilir - VİDEO

Ağsu çayı üzərində 1 135 metr uzunluqda və 76,5 metr hündürlükdə böyük asma körpünün inşası planlaşdırılıb.

Yenixeber.org: Bu barədə Yuxarı Şirvan büromuza layihə rəhbəri Zahir Həsənov məlumat verib.

O bildirib ki, ölkə üzrə ən uzun asma körpünün inşasına başlanması artıq Ağsu dolaylarında sürücülərin yaşadığı çətinlikləri geridə qoyacaq: "Sözügedən avtomobil yolu Bakı ilə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını birləşdirən ən qısa yol olacaq. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək. Mövcud ikizolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Tikinti sahəsi üzrə 1 tunel, 1 asma körpü olmaqla, 8 böyük və 5 kiçik körpü də layihələndirilib".

Layihə rəhbəri deyib ki, yolun 4,5-ci kilometrliyində, Ağsu çayı üzərində 1 135 metr uzunluqda və 76,5 metr hündürlükdə böyük asma körpünün inşası da planlaşdırılıb: "Yol Ağsu çayı üzərindəki körpüdən sonra uzunluğu 865 metr olan yeraltı tuneldən keçəcək. İsmayıllının Basqal kəndi yaxınlığında magistralı düzləndirmək hesabına bu yol 2,2 kilometr qısalır. Qeyd edək ki, tikinti işlərinə ötən ilin sonlarından başlanılıb. Hazırda layihənin bir çox seqmentləri üzrə quraşdırma işləri davam edir".

Qeyd edək ki, körpünün bu parametrlərdə layihəndirilməsinin əsas məqsədi mövcud Muğanlı-İsmayıllı avtomobil yolunda olan dolayların sayını minimuma endirmək və yolda baş verə biləcək sürüşmələrin qarşısını mümkün qədər azaltmaqdır.(report)

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam