Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Polad Həşimovun -xatirəsinə muzey hazırlanır

General-mayor Polad Həşimovun xatirəsinə muzey hazırlanır. Oxu.Az-ın məlumatına görə, Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan general-mayor Polad Həşimovun xatirəsinə hazırlanan muzey təhsil aldığı 28 saylı tam orta məktəbdə yerləşəcək.

Yenixeber.org: Sumqayıt şəhər 28 saylı tam orta məktəbin ən geniş otaqlarından birinə P.Həşimovun əşyaları, keçdiyi şərəfli həyat yolu barədə məlumat lövhələri yerləşdiriləcək. Bu, təhsil müəssisəsində oxuyan şagirdlərə vətənpərvərlik mövzusunda örnək olacaq.

İlkin məlumatlara görə Sumqayıt şəhər 28 saylı tam orta məktəbə general-mayor Polad Həşimovun adının verilməsi və məktəbdə onun büstünün qoyulması gözlənilir.

Ayın 15-də Sumqayıt şəhərində Polad Həşimovun adını daşıyan küçəyə barelyefin quraşdırılması planlaşdırılır.

Qeyd edək ki, Polad Həşimovun Sumqayıtda yaşadığı binanın qarşısında abidə kompleksinin ucaldılması ilə bağlı işlər artıq başlanılıb.

Faktı general-mayor Polad Həşimovun yaxınları təsdiq edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam