2020-ci ildə magistraturanın Azərbaycan bölməsi üçün ayrılan yerlərin nisbi sayı əsasən hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına artıb.
Yenixeber.org: Dövlət İmtahan Mərkəzindən bildirilib ki, əvvəlki illə müqayisədə Azərbaycan bölməsində plan yerlərinin ümumi plandakı nisbi çəkisi 69.66 faizdən 75.59 faizə qədər artıb. Rus bölməsində plan yerlərin nisbi çəkisi 3.39 faizdən 3.35 faizə, hər iki bölmənin birgə müsabiqəsi üçün isə 26.95 faizdən 21.06 faizə qədər azalıb.
Magistraturaya qəbul planında ən çox yer Azərbaycan Dövlət İqtisad Universitetinin payına düşüb. Bu təhsil müəssisəsinin qəbul planı dövlət ali təhsil müəssisələri üzrə ümumilikdə ayrılmış plan yerlərinin 20.96 faizini təşkil edib. Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasına ayrılmış qəbul planı bu təhsil müəssisəsinin bakalavriat səviyyəsinə ayrılmış plan yerlərinin 45.94 faizinə bərabər olub. Bu, həmin təhsil müəssisəsində magistr hazırlığının müxtəlif beynəlxalq layihələr əsasında aparılması ilə bağlıdır.