Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Ermənilərin işğəncə verdiyi şəxs -"İşgəncələrdən ölən də, dözməyib intihar edən də oldu"

 

"Mən 1 il 9 ay erməni əsirliyində olmuşam. 1993-cü ildə Qubadlı rayonunun ermənilər tərəfindən işğalı zaman yaralı halda ermənilərə əsir düşmüşəm".

Yenixeber.org: Bunu Yasamal Rayon Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasından sonra zərərçəkmiş Həbib Kazımov jurnalistlərə açıqlamasında deyib.

O, əsirlikdə saxlanıldığı müddət ərzində ermənilər tərəfindən məruz qaldığı işgənəcələrdən danışıb. Bildirib ki, əsirlik dövründə ermənilər tərəfindən dəmirlə, armaturla, dəmir dəyənəklərlə, çəkiclə döyülüb: "Onlar bizə zülm veriblər. Bu gün burada mühakimə olunan hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri "Yoxa", digəri isə "Ayoşa" ləqəbi ilə tanınırdı. Mkrtiçyan Lüdvik "Yoxa" ləqəbi daşıyırdı. O, burada deyir ki, Azərbaycan dilini bilmir. Lakin orada bizimlə o Azərbaycan dilində danışırdı. Bizi öz dilimizdə belə təhqir edirdi".

Zərərçəkən H.Kazımov bildirib ki, onun əsirlikdə saxlanıldığı kamerada 40 yaxın azərbaycanlı olub: "Onlardan işgəncə vaxtı ölən də oldu, işgəncələrə dözməyənlər də vardı ki, intihar etdilər. Bir ona sevinirəm ki, hazırda bu terrorçular dövlətimiz tərəfindən tutularaq məhkəmə önünə çıxarılıblar və etdiklərinin cəzasını çəkəcəklər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam