Redaktor seçimi
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Azərbaycanlı deputat ermənipərəst senatora niyə sponsorluq edib? – Məşhur Məmmədov-David Storobin DOSTLUĞUNUN PƏRDƏARXASI-
Saray qəsəbəsində Parket Fabrikinin tikintisinə necə icazə verilib?! –
Aygün Əliyeva “ölü QHT”ni dirildib, "özəlləşdirib" -
Gəncə Dövlət Universiteti ilə bağlı ŞOK FAKTLAR:
Günün xəbəri

“Paşinyanın oğluna görə Cəbrayılda 1200 əsgərimiz öldü” -Erməni döyüşçü

“Paşinyanın oğluna görə Cəbrayılda 1200 əsgərimiz öldü” -   Erməni döyüşçü
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın oğlu Aşot yenidən gündəmə gəlib.

Yenixeber.org: Paşinyanın oğlunun hərbi xidmətdə olması ilə bağlı yerli mediada sensasion məlumat yayılıb.

Daha doğrusu, telekanallardan birində qonaq olan Artur Ayvazyan adlı könüllü döyüşçü iddia edib ki, İkinci Qarabağ müharibəsi zamanı xeyli sayda əsgər məhz Aşot Paşinyana görə məhv olub.
"Paşinyanın oğlunu Cəbrayıldan çıxarmaq üçün İcan alayından 1200 nəfər öldü. Bu, xəyanətdir. Bu insanlar döyüşlərə zirehli maşınlar olmadan, hava hücumundan müdafiə sistemləri qurulmadan göndərildilər, qırğının qabağına verildilər", - deyə Artur Ayvazyan bildirib.

Qeyd edək ki, bu günlərdə Nikol Paşinyan oğlu Aşot Paşinyanın İkinci Qarabağ Müharibəsi zamanı sıravi əsgərlərlə birlikdə xidmət apardığını demişdi. Erməni cəmiyyətində narazılığa səbəb olan bu açıqlamadan sonra bir çox ictima-siyasi xadimlər Aşotun döyüş bölgəsində olmadığını, yayılan xəbərlərin şou xarakteri daşıdığını vurğulayıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam