Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zori Balayanın nəvəsi Paşinyanın oğlunu döyüb-Erməni ordusunda "Besperedel"

 

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu xidmət yoldaşları ilə münaqişə səbəbindən Yerevana aparılıb.

Yenixeber.org: Ermənistanın "Qraparak" qəzeti baş nazirin oğlunun onlar tərəfindən döyüldüyünü yazıb.

Nəşr qeyd edir ki, kiçik Paşinyan Ermənistanda “nizam” quran atasının yolu ilə getməyə qərar verib. Hərbçi Aşot Paşinyan zabitlərə və xidmət yoldaşlarına irad tutub, onlar barəsində komandanlığa “donos” ötürüb.

“Qraparak”ın yazdığına görə, bu, həmkarları arasında kəskin narazılığa səbəb olub və onlar baş nazirin oğlunu döyüblər. Aşot Paşinyanı döyənlərdən biri də erməni terrorunun əsas təbliğatçısı Zori Balayanın nəvəsi olub.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu məlumatı tələsik təkzib edib. Lakin onun açıqlamasından belə nəticə çıxarmaq olar ki, Aşot Paşinyanla həmkarları arasında münaqişə hər halda olub.

""Qraparak" növbəti dəfə hər şeyi baş-ayaq təqdim edərək insanların taleyi ilə oynayır. Qardaşlarınızdan və ya köhnə dostlarınızdan soruşsanız, bu cür söhbətlərin bütün kollektivlər və qurumlar üçün xarakterik olduğunu təsdiqləyəcəklər; əsgərliyə təzə başlayanların hamısının uyğunlaşma problemləri və vaxtları olur, hansı ki, komandanlığın səriştəli işi sayəsində yoluna qoyulur. "Qraparak" bütün bunları kobud səhvlərlə və yolverilməz şəkildə təqdim edib",-deyə Ovhannisyan öz Facebook səhifəsində yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam