Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nəqliyyat tarifləri bahalaşdı

 

   2013-cü ilin dekabrında nəqliyyat və poçt tarifləri indeksi noyabr ayına nisbətən 0,3 faiz artıb, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,7 faiz aşağı düşüb. 

 

      Rabitə tarifləri noyabr ayı ilə müqayisədə 6,5 faiz, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 1,4 faiz ucuzlaşıb.  

   “xeberinfo.com”nun Dövlət Statistika Komitəsinin əldə etdiyi məlumata görə, ötən ilin dekabr ayında dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 16,9 faiz bahalaşıb.   

    Hava nəqliyyatında sərnişindaşıma tarifləri MDB ölkələri və digər xarici ölkələr üzrə müvafiq olaraq 3,5 və 8,9 faiz bahalaşmış, yükdaşıma tarifləri isə eyni səviyyədə qalıb.  

      Dekabr ayında dəniz nəqliyyatında sərnişindaşıma tarifləri 2,3 faiz bahalaşmış, yükdaşıma tarifləri dəyişməyib. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tariflərində dəyişiklik baş verməyib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam