Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

ABŞ Azərbaycanla bağlı xəbərdarlığı “qırmızı” səviyyəyə qaldırdı –DTX münasibət bildirdi

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Azərbaycana səfər etməməyi tövsiyə edir.
Yenixeber.org: ABŞ Dövlət Departamentinin açıqladığı məlumatda Azərbaycana səyahət edənlərin xəbərdarlığını ən yüksək 4-cü (qırmızı) səviyyəyə qaldırıb.
Dövlət Departamenti ABŞ vətəndaşlarının Azərbaycana getməməsinə səbəb kimi koronavirus pandemiyası və terror ehtimalını göstərir.
Məlumatda bildirilir ki, Azərbaycanda “COVID-19”un yayılması çox yüksək səviyyədədir. Bundan başqa bildirilir ki, terrorla bağlı Azərbaycanın uzun müddətdir davam edən bir riski var. Bu səbəbdən Departament ABŞ vətəndaşlarını Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinməyə çağırır.  Xəbərdarlıqda qeyd olunur ki, terroristlər heç bir xəbərdarlıq etmədən hücum edə bilərlər. Onlar turizm yerlərini, nəqliyyat mərkəzlərini, bazarları, ticarət mərkəzlərini, yerli idarəetmə obyektlərini, otelləri, klubları, restoranları, ibadət yerlərini, parkları, böyük idman və mədəni tədbirləri, təhsil müəssisələrini, hava limanlarını və digərlərini hədəf alırlar.
Eyni zamanda qeyd olunur ki, 2020-ci ilin payızında baş verən Dağlıq Qarabağ münaqişəsindəki intensiv döyüşlərdən sonra itkilər baş verməyə davam edir. ABŞ hökuməti giriş məhdud olduğu üçün Dağlıq Qarabağdakı və ətrafında olan ABŞ vətəndaşlarına təcili yardım xidmətləri göstərə bilmir.
Dövlət Departamenti ABŞ vətəndaşlarına Azərbaycanın Ermənistanla sərhədinə yaxın yollarda ehtiyatlı olmağı tövsiyyə edir.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin xəbərdarlıöğına Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) cavab verib. DTX-nın İctimai əlaqələr şöbəsindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır: “Qeyd olunan məsələ nəzarətimizdədir və müvafiq araşdırmalar aparılır”.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam