Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DSX-nin -yeni zastavası istifadəyə verildi

DSX-nin yeni zastavası istifadəyə verildi

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Yenixeber.org: Bu barədə Dövlət Sərhəd Xidmətinindən (DSX) məlumat verilib.

Aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş "Ağgöl" sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.

Bu münasibətlə təşkil olunan təntənəli mərasimdə çıxış edən DSX rəisinin birinci müavini - Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini şəxsi heyətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azər­baycan sərhədçisinin həm sərhəddə, həm də səngərdə dövləti maraq­ların keşiyində durmağa hər zaman hazır olması xüsusi vurğulanıb. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdiril­mə­sinə ən ali səviyyədə xüsusi önəm verilməsi sayəsində DSX-nin hərbi hissə və bölmələrində şəxsi heyət üçün zəruri xidməti və məişət şəraitinin yaradıl­ması qeyd olunub, açılışı baş tutan sərhəd zastavasının bu yüksək qay­ğının növbəti təzahürü olmasını bildirilib.

Açılış mərasimindən sonra tədbir iştirakçıları sərhəd zastavası kom­pleksinə baxış keçiriblər. Burada şəxsi heyətin xidmətinin yüksək səviy­yədə təşkili və asudə vaxtının səmərəli keçirməsi üçün müxtəlif təyinatlı otaqlar, yataqxana, yeməkxana, hamam-camaşırxana, anbarlar inşa edil­ib, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılıb.

Xidməti fəaliyyətində fərqlənən bir qrup hərbi qulluqçu təltif olunduqdan sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib.

Tədbirin sonunda hərbi hissənin kinoloji mütəxəssisləri xüsusi təlim keçən itlərdən istifadə etməklə xidməti tapşırıqların icrası üzrə bacarıq­larını nümayiş etdiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam