Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

TƏBİB -Oktay Gülalıyevə baxan tibb işçilərinə maaş verilməməsi həqiqəti əks etdirmir

TƏBİB: Oktay Gülalıyevə baxan tibb işçilərinə maaş verilməməsi həqiqəti əks etdirmir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hüquq müdafiəçisi Oktay Gülalıyevin ev şəraitində müalicəsinin təşkili üçün təhkim olunan tibb işçilərinə maaşlarının verilməməsi ilə bağlı deyilənlərə münasibət bildirib.

Yenixeber.org: TƏBİB-dən qeyd olunub ki, O.Gülalıyevin müalicəsi üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub.

"Həmin tibb bacılarına 3 aydır ki, maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nizami Nəbiyev bildirib ki, tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əmək haqları hər ay ödənilir. Oktay Gülalıyevin normal həyata geri dönə bilməsi və ayağa qalxması üçün həkimlərimiz əlindən gələni edir"- deyə məlumatda bildirilir.

Qeyd edək ki, hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev feysbuk sosial şəbəkəsində atasına baxan tibb işçilərinə üç aydır maaşlarının verilməməsini və bu səbəbdən müalicənin dayandırılması ilə bağlı paylaşım etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam