Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan bütün varlığı ilə -Türkiyəni dəstəkləyir

Azərbaycan bütün varlığı ilə Türkiyəni dəstəkləyir
ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar ədalətsiz bəyanatı ilə bağlı Azərbaycanın Türkiyəyə verdiyi dəstək qardaş ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Türkiyə cəmiyyətinin bütün təbəqələrində bu dəstək əsl qardaşlıq nümunəsi kimi dəyərləndirilir.
Yenixeber.org: Aprelin 24-də məlum bəyanatdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı baş tutan telefon danışığı qardaş ölkənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Anadolu, DHA, İHA xəbər agentlikləri, “TRT Haber”, “TRT Avaz”, “Haber Türk”, “A Haber”, “Haber Global” telekanalları, “Milliyet”, “Akşam” və digər qəzetlər də daxil olmaqla ölkənin aparıcı media orqanları tərəfindən yayılan xəbərlərdə Azərbaycanın qardaş dəstəyi önə çəkilib. Anadolu Agentliyi bu barədə informasiyanı bir neçə dildə yayıb. Türkiyə mediası ABŞ-Prezidentinin bəyanatını tarixi səhv adlandıran Prezident İlham Əliyevin telefon danışığı zamanı səsləndirdiyi fikirləri ictimaiyyətə günün baş xəbəri kimi təqdim edib.

Azərbaycan xalqı, dövləti və hökuməti tərəfindən ABŞ Prezidentinin məlum açıqlamasına göstərilən sərt reaksiya ölkənin aparıcı mətbuat orqanlarının əsas mövzusu olaraq qalır. Diqqətə çatdırılır ki, Türkiyəyə qarşı bu ədalətsizliyə hazırda Azərbaycan ictimaiyyəti yekdil şəkildə etirazını nümayiş etdirir.

Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışıqları da bu ölkənin KİV-ləri tərəfindən geniş işıqlandırılıb. Qeyd olunub ki, Azərbaycan dövləti və xalqı sonadək Türkiyənin yanında olacağını ifadə edib. Türkiyə mediası, həmçinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məsələ ilə bağlı açıqlamasına da yer ayırıb.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanatı da Türkiyə kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. “Azərbaycanda siyasi partiyalardan ortaq bəyanat: ABŞ Prezidentinin mövqeyini sərt şəkildə qınayırıq” sərlövhəsi ilə yayılan bu xəbər ölkə mətbuatının manşet xəbəri kimi təqdim edilib.

Qeyd edək ki, Türkiyədə yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri, dərnək rəhbərləri, elm və mədəniyyət adamları da məsələ ilə bağlı kəskin etiraz nümayiş etdiriblər. Soydaşlarımızın sosial şəbəkələrdə Türkiyəyə dəstək və ədalətsizliyə etiraz səsi səngimək bilmir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam