Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan-Belarus sənədləri -imzalanıb

Azərbaycan-Belarus sənədləri imzalanıb

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Yenixeber.org: “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində anlaşma və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Belarusun kənd təsərrüfatı və ərzaq naziri İvan İvanoviç Krupko imzalayıblar.

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının “Milli Turizm Agentliyi” Dövlət qurumu arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belarusun xarici işlər naziri Vladimir Makey imzalayıblar.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Belarus Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belarusun xarici işlər naziri Vladimir Makey imzalayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam