Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Qarabağ meşələrində bloger daxmaları -VİDEO

Həyatda nə qədər həyasız və abırsız olmalısan ki, gördüklərindən və yaşadıqlarından nəticə çıxarmayasan. Bu cəhət və xüsusiyyət isə yalnız ermənilərə xasdır. Qarabağda üzləşdikləri biabırçı məğlubiyyətdən dərs çıxarmayan erməni videobloger Arutyun Akopyanı da bu sıraya daxil etmək olar. Bir vaxtlar bölgədə at oynadan, iri daxmalar tikib nümayiş etdirən bloger köhnə ampluasındadır. Və yeni layihəsini reallşdırmağa çalışır.

Yenixeber.org: "Sputnik-armeniya" xəbər verir ki, bir neçə il bundan əvvəl özünün ifadə etdiyi kimi Stavropoldan "tarixi" vətəni Qarabağa gələn Arutyun indi də "qeyri-adi" adlandırdığı layihəsini reallaşdırmağa başlayb. Bildirir ki, Qarabağda böyük planlarının reallaşmasına müharibə mane olub- indiyə qədər çəkdikləri və yaratdıqları Azərbaycanın nəzarəti altına keçib.

Qarabağda düşərgə salmağı planlaşdıraraq sentyabrda buşkraft-fest reallaşdıracağını bildirir. Sınaq xarakterli festivala Qarabağın istedadlı ustalarını, sənət adamlarını cəlb etmək istəyir. Deyir ki, bununla daha çox insanın Qarabağı tanımasını istəyir. Düşərgə başa çatanda isə Ermənistandan çoxlu sayda insanı ora dəvət etmək niyyəti var. Evləri də turistlərə pulsuz təqdim edəcək. Lakin 44 günlük fiaskodan sonra kiminsə bura gəlib yaşayacağı inandırıcı görünmür.

Ən gülüş doğuran odur ki, bir vaxtlar işğal altında olan Azərbaycan torpaqlarında turistlər üçün evlər tikən erməni indi cəngəlliklərdəki kimi komalar inşa etmək istədiyini deyir.

Müharibədəki məğlubiyyətə baxmayaraq, özünün ifadə etdiyi kimi, nağıllardakı kimi xırda komalar tikmək kimi ambioz layihəsini reallaşdırmağa çalışır. Bildirir ki, müharibə bütün planlarını pozsa da, onu dayandıra bilməyib. Qarabağ meşələrindəki komalarla hamını təəccübləndirməyə çalışır. İki il bundan əvvəl işğal altındakı Azərbaycan torpaqlarını gəzərək bölgənin gözəlliyi və füsunkar təbiəti ilə bağlı sosial roliklər hazırlayıb izləyicilərinə təqdim edib. Meşə və dağlarda uzun müddət qalmağa üstünlük verərək, buşkraft (vəhşi təbiətdə yaşamaq sənəti-müəl.) sənətini mənimsəyib. Lakin iş orasındadır ki, iki il əvvəl ağacda qurduğu komalar hazırda Azərbaycanın nəzarəti altındadır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam