Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"HANSI ƏMƏKDAŞLIQDAN SÖHBƏT GEDƏ BİLƏR?" -"Mina sahələrinin xəritəsini vermədilər..."

“Əsas çətinlik minalardır. Çünki erməni tərəfi mina sahələrinin xəritəsini bizə təqdim etmədi və bu, yeri gəlmişkən, cinayət olaraq qiymətləndirilə bilər, çünki hərbi əməliyyatlara son qoyulandan sonra bizdə həm hərbçi, həm də mülki şəxslərdən həlak olanlar olub. Buna səbəb mina sahələrin xəritəsinin təqdim olunmaması olub”.

Yenixeber.org: Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Növbəti dəfə erməni tərəfinin davranışlarının qeyri-səmimiliyində əmin oluruq. Sözləri ilə əməlləri düz gəlmir. Biz onlara hərbi əsirləri, ölənlərin meyitlərini təhvil verdik. Biz özümüzü əxlaq normaları, insanlıq davranışları çərçivəsində aparırıq. Mina xəritələrinin bizə verilməməsi hərb qulluqçu və dinc sakinləri şüurlu şəkildə ölümə düçar etməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər ki?”, - dövlət başçısı bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam