Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azad olunmuş ərazilərdə bələdiyyələr nə zaman yaradılacaq? –Deputatdan AÇIQLAMA

İşğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işləri aparılır.  Dövlət qurumları bir müddət  sonra öz fəaliyyətinə başlayacaq. Düşmən tapdağından xilas edilmiş rayonlarda özünüidarəetmə orqanlarının nə zaman yaradılacağı isə sual altındadır.

Yenixeber.org: Mövzu ilə əlaqədar Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov  bildirib ki, bu qurumların formalaşması üçün Dağlıq Qarabağ bölgəsində müəyyən sahələrdə tədbirlər görülməlidir:

“Hələ ki azad edilmiş ərazilərdə mülki idarəetməni həyata keçirən organların əsası qoyulub. Onlar  Dağlıq Qarabağ bölgəsinin dirçəlişi istiqamətində fəaliyyət göstərir. Lakin yerli özünüidarəetmə orqanlarının yaradılması üçün müəyyən işlərin görülməsinə ehtiyac var. Öncəliklə, mina təmizləmə prosesi tam başa çatmalıdır. Dəyən zərər hesablanmalıdır. İnfstrakturun salınması, habelə yaşayış evlərinin tikintisi və ərazidə bərpa işləri tamamlanmalıdır. Bundan sonra inzibati ərazi bölgüsü aparılması mühüm məsələdir. Torpaq islahatı keçirilməlidir. Didərgin düşmüş insanlar yurdlarına geri qayıtmalıdır. Yalnız bütün bu işlərin həllindən sonra özünüidarəetmə orqanlarının yaranmasından söhbət gedə bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam