Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pentaqon -"Rusiya NATO üçün təhdiddir"

“Rusiya NATO müttəfiqləri üçün təhlükə yaradır”.

Yenixeber.org: TASS-ın xəbərinə görə, bu barədə Pentaqonun yüksək səviyyəli rəsmisi mətbuat brifinqində deyib.

Onun sözlərinə görə, müdafiə naziri Lloyd Ostinin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti NATO müdafiə nazirlərinin virtual formatda keçiriləcək iclasında iştirak edəcək və bu iclasda ABŞ Rusiya məsələsini qaldırmağa hazırlaşır.

“Rusiyanın ABŞ da daxil olmaqla, bütün NATO müttəfiqləri üçün bir təhdid olduğu açıq şəkildə ortadadır. Onlar məqsədlərinə çatmaq üçün hərbi gücdən istifadə edirlər”, – deyə Pentaqon rəsmisi bildirib.

O vurğulayıb ki, ABŞ Rusiyanın dəfələrlə təhlükəsizliyi və sabitliyi pozmağa çalışdığına dair nümunələrin şahidi olub: “Bütün bunlara baxmayaraq, Vaşinqton qarşılıqlı maraq doğuran sahələrdə Rusiya ilə əməkdaşlıq edə bilər. Biz öz maraqlarımızı inkişaf etdirmək üçün Rusiya ilə çalışacağıq, lakin təcavüzkar hərəkətlərinə görə onları məsul hesab edəcəyik. Beləliklə, bu məsələləri bu həftə müttəfiqlərimizlə müzakirə etməyi səbirsizliklə gözləyirik”.

Pentaqon rəsmisi ABŞ-ın NATO müdafiə nazirlərinin iştirak edəcəyi videokonfransda Çinlə bağlı məsələnin də müzakirə olunacağının planlaşdırıldığını qeyd edib.

Xatırladaq ki, fevralın 17-18-də NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iştirakı ilə videokonfrans keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam