Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda qar yağacaq -XƏBƏRDARLIQ

Bakıda qar yağacaq - XƏBƏRDARLIQ

Fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətinin havanın dəyişəcəyi barədə yaydığı xəbərdarlığa görə, fevralın 17-si axşam və 18-də yağışın fasilələrlə sulu qara, qara keçəcəyi ehtimal olunur.

Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-25 m/s, fevralın 17-də axşam, 18-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək, fevralın 17-si axşam və 18-də 0 dərəcəyə yaxın olacaq.

Fevralın 17-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 19-u səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv, güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, fevralın 17-də çovğun olacağı ehtimalı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam