Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanda -Sorosun 700 nəfərlik silahlı qrupu peyda olub

Ermənistanda Sorosun 700 nəfərlik silahlı qrupu peyda olub
Ermənistanda Soros fondunun 700 nəfərlik silahlı qrupu fəaliyyət göstərəcək.
Yenixeber.org: Bu barədə “Politik.am” yazıb.

“Polisdə islahat çərçivəsində yaradılan Patrul xidmətində işləmək üçün elan edilmiş 770 vətəndaşın işə qəbulu barəsində artıq məlumat vermişdik. Bu islahatların müəllifinin Ermənistandakı Soros fondu olduğunu da qeyd etmişdik.

Bu prosesi əvvəldən sona qədər sorosçu Daniel İonnisyan koordinasiya etdi. Sorosçular bu prosesi tam nəzarəti altında saxladılar", - deyə məqalədə vurğulanıb.

Daha sonra İonnisyanın “Facebook” səhifəsində prosesin tamamlandığını yazdığı vurğulanıb:

“İonnisyan qeyd edib ki, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətinin iştirakı ilə seçilən təxminən 700 tələbə 5 ay davam edəcək ən ciddi kursu keçəcək və qanunu, ədaləti qorumaq üçün İrəvan (hələlik İrəvan) küçələrinə çıxaraq, dolayısıyla cəmiyyətin dövlətə yeni bir münasibətini formalaşdıracaq:

Sizi əmin edirəm ki, onların hamısı parlaq insanlardır. İyundan etibarən onları Patrul xidməti və yol polisi əvəzinə İrəvan küçələrində gördüyünüz zaman onları sevəcəksiniz".

Bu, bir daha Ermənistanın patrul xidmətinə işə qəbul və təhsillə praktiki olaraq heç bir əlaqəsinin olmadığını göstərir. Və bu fakt ölkəmizin təhlükəsizliyi barədə düşünməyə vadar edir".

Məqalədə, həmçinin qeyd olunub ki, bütün işlər sorosçular tərəfindən idarə olunub, kimlərin hansı şərtlərlə seçildiyi barədə heç bir məlumat yoxdur. Sorosçuların hədəflərindən, digər ölkələrdəki fəaliyyətlərinin nəticələrindən çıxış edərək, 700 nəfərlik silahlı bir qrupun artıq Ermənistanda fəaliyyət göstərəcəyini düşünmək olar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam