Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qarabağa marşrut xətləri açılır: İlk istiqamətlər müəyyən olundu –AÇIQLAMA

İşğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası işləri davam etdirilir. Bu ərazilərə investisiya yatırmaq istəyən sərmayədarların sayı da artır.

Yenixeber.org: İlk olaraq hansı ərazilərə avtobus xətləri açılacaq? Nəqliyyat xətləri yenidən qurulacaq?

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev məlumat verib. O bildirib ki, daşıyıcıların müəyyənləşdirilməsi üçün müsabiqələr keçiriləcək:

“Həmin ərazilərdə təxminən 22 avtomobil nəqliyyatı təsərrüfatı olub. Bu səbəbdən də biz avtomobil nəqliyyatı infrastrukturunu tamamilə yenidən quracağıq. Artıq bu istiqamətdə işlərə start verilib.

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Ağdam, Xocavənd rayonlarının əraziləri, eləcə də Şuşa şəhəri üzrə müəyyən araşdırmalar həyata keçirilib. Orada avtomobil nəqliyyatı infrastrukturunun qurulması üçün təkliflər hazırlamışıq. Bu proses məskunlaşmaya uyğun olaraq aparılacaq”.

“Füzuliyə yaxın olan Horadiz şəhərindən Cəbrayıl-Qubadlı-Zəngilan istiqamətində marşrutlar nəzərdə tutmuşuq. Eyni zamanda Ağdamdan Şuşa istiqamətinə marşrut xəttinin olması gözlənilir. Gəncə, Yevlax, Beyləqan, Bərdə şəhərlərindən və Bakı şəhərindən müxtəlif istiqamətlər üzrə birbaşa marşrutlar təmin olunacaq”. (oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam