Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Deputatlar -tətilə çıxdılar

 
Bu gün Milli Məclisin payız sessiyası başa çatıb. Payız sessiyasında Milli Məclis 19 iclas keçirib, 86 qanun və qərar qəbul edilib.
Yenixeber.org: Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, Milli Məclis qanunvericilik səlahiyyətlərini tam həyata keçirib, Azərbaycan Prezidentin uzaqörən və düşünülmüş siyasətini parlament səviyyəsində dəstəkləmək üçün zəruri tədbirlər görülüb.

"Milli Məclis bu müddət ərzində beynəlxalq münasibətlərini möhkəmləndirib, xarici ölkələrdəki həmkarları ilə onlayın görüşlər keçirib. Vətən müharbəsində əldə edilmiş Qələbə münasibətilə Milli Məclis ayrıca iclas keçirib, Azərbaycan Prezidentinə və xalqına müraciət edib. Milli Məclis 2020-ci ili, payız sessiyasını uğurla başa çatdırır".

Spiker təklif edib ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təbrik məktubları göndərilsin. Deputatlar təklifi alqışlayıblar.

Qeyd edək ki, sessiyanın başa çatması ilə deputatlar tətilə çıxıblar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə parlament ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam