Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

Ermənilərin Cocuq Mərcanlıya vurduğu ziyan araşdırılır-FOTO

Erməni təxribatı nəticəsində atəşə məruz qalan ərazilərdən biri də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi oldu. Hazırda kənddə qeydə alınan dağıntılar araşdırılaraq qiymətləndirilir.
Yenixeber.org: Erməni hərbi birləşmələri tərəfindən dinc əhalinin yaşadığı ərazilərin atəşə tutulması nəticəsində Cocuq Mərcanlı kəndində xeyli dağıntı qeydə alınıb. Kəndin ağır artilleriya və raketlərlə vurulması evlərin, sosial obyektlərin və infrastrukturun dağılmasına səbəb olub. Hazırda kənd ərazisində qeydə alınan dağıntıların ilkin qiymətləndirilməsi üçün işçi qrupu tərəfindən araşdırma aparılır.

İşçi qrupun rəhbəri İsmayıl Zeynalov bildirib ki, Cocuq Mərcanlıda da işçi qrupu fəaliyyətini davam etdirir. Fərdi evlərə və obyektlərə dəyən ziyanın təyin edilməsi istiqamətində qiymətləndirmə aparılır. Gördüyünüz bu mağaza düşmən tərəfindən atılan mərmi nəticəsində tamamilə dağılıb və yararsız hala düşüb. Bu bina tamamilə bərbad vəziyyətdədir. Ümumiyyətlə, kənd üzrə siyahıda dağıntı qeydə alınan 44 fərdi ev və sosial obyektlər var. Bu səpkidə araşdırma və qiymətləndirmə davam etdirilir və qısa müddətdə işlərin başa çatdırılması nəzərdə tutulub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam