Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilərin -Cəbrayıl və Füzulidə məhv etdiyi evlər, abidələr, məscidlər

Ermənilərin Füzulidə məhv etdiyi tarixi abidələr -  FOTOLAR

Azərbaycanın mətbuat nümayəndələri Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə olublar.

Yenixeber.org: Bu barədə cəbhə bölgəsinə ezam olunmuş əməkdaşımız xəbər verir.

Jurnalistlər Cəbrayıl rayonunun Böyük Mərcanlı, Şəybəy, Füzuli şəhəri və bir neçə kəndlərində erməni vəhşiliyinin fəsadlarını gözləri ilə görüblər.

İşğaldan azad edilən torpaqlarımızda düşmən tərəfindən evlər, tarixi abidələr, qəbiristanlıqlar və məscidlər dağıdılıb.

Füzuli rayonu ərazisində olan məscidlərdən biri isə donuzxanaya çevirilib.

Sanki bir xarabalığa bənzəyən ərazilərimizdə ağaclar belə qırılaraq məhv edilib.

Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən şəhər və kəndlərimizin hamısına üçrəngli bayrağımız sancılıb.

Həmçinin ərazilərdə düşmənə məxsus saz vəziyyətdə olan hərbi texnikalar və məhv edilmiş tanklar, avtomobillər sıra ilə düzülüb. Ermənilər həmin hərbi texnikaları döyüş meydanında qoyaraq qaçıblar.

Qeyd edək ki, sentyabrın 27-də Azərbaycan Ordusu tərəfindən keçirilən əks-hücum əməliyyatı nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı kəndləri işğaldan azad edilib.

Cəbrayıl şəhəri oktyabrın 4-də, Füzuli şəhəri isə oktyabrın 17-də Azərbaycan Ordusu tərəfindən işğaldan tam azad olunub.

Davam edən əməliyyatlar nəticəsində hər iki rayonun digər kəndləri də işğaldan azad edilib. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam