Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ermənilər bu dəfə İtaliyanın nüfuzlu qəzetini hədəfə aldı - FOTOFAKT

 

İşğalçı Ermənistanın və xaricdəki erməni lobbisinin terror hücumları informasiya müstəvisində davam edir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe nümayiş etdirən media nümayəndələri mütəmadi olaraq erməni lobbisi tərəfindən hədəfə alınır, jurnalistlər təhdid və ən ağır təhqirlərə məruz qalırlar.
Yenixeber.org: Məlumata görə, bu dəfə İtaliyanın nüfuzlu “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalıb. Qəzetin sosial media hesabları və jurnalistin şəxsi səhifəsinə çoxsaylı təhdidlər yazan ermənilər aşkar şəkildə söz azadlığını boğmağa çalışır.

Məsələyə münasibət bildirən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev erməni lobbisi tərəfindən jurnalistlərin təhdid edilməsini, azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınadığını deyib.



H.Hacıyev “Sərhədsiz Reportyorlar” təşkilatına və ATƏT-in media azadlığı üzrə nümayəndəsinə çağırış edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə və mediaya qarşı fiziki, mənəvi təhdidləri, təhqiramiz şəxsi hücumları qınasınlar.

Prezidentin köməkçisi qeyd edib ki, ifadə azadlığına hörmət edilməlidir.

Qeyd edək ki, bu, azad mediaya ermənilərin ilk hücumu deyil. Bundan əvvəl Fransanın TF1 televiziyasının və "New York Times" qəzetinin əməkdaşları da oxşar halla üzləşiblər.

Təsadüfi deyil ki, son günlər əksər beynəlxalq təşkilatlar, xarici media qurumları, həmçinin siyasətçilər Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında aktivlik göstərirlər. Bu səbəbdən ermənilər bütün dünyada münaqişə haqqında həqiqətləri deyən, obyektiv məlumat yayan, hətta neytral, balanslı mövqe nümayiş etdirən KİV-ləri, siyasətçiləri və ictimai fəalları hədəfə götürür. İşğalçı ölkənin və erməni diasporunun istəyinə uyğun davranmayanlara qarşı aksiyalar təşkil edir, ASALA terror təşkilatı ilə hədələyib təhdid və təhqirlər yağdırırlar. (Ətraflı məlumatla BURADAN tanış ola bilərsiniz).

Ümumilikdə isə döyüş meydanında ağır məğlubiyyətlə üzləşən Ermənistan tərəfi bütün dünyada müstəqil medianı, haqq sözünü deyən siyasətçi və ictimai fəalları susdurmağa çalışır. Bununla erməni fəallar çağdaş dövrdə faşizm və terrorun aktiv daşıyıcıları olduqlarını nümayiş etdirirlər.

Ermənilərin “La Repubblica”ya total hücumunu sübut edən fotofaktları təqdim edirik:














Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam