Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Döyüşdən qaçan erməniləri koronavirus "xilas edir"-RÜSVAYÇILIQ

 

 Ermənistanda hərbi səfərbərlikdən yayınmaq üçün saxta COVID-19 arayışı alan şəxs saxlanılıb.
Yenixeber.org: Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxta yolla tibbi arayış əldə edən çağırışçı aşkarlanıb.

Məlum olub ki, o, koronavirusa "yoluxması" barədə arayışı tibbi mərkəzdən pul müqabilində alıb. Faktla əlaqədar tibb mərkəzinin işçiləri nəzarətə götürülüb, araşdırma aparılır.

Bundan öncə xəbər verdiyimiz kimi, son günlər Ermənistanda koronavirusa yoluxma sayında rekord artım qeydə alınmaqdadır. Həkimlər sürətlə artmasının səbəbini izah edə bilmirlər. Yoluxanların əksəriyyəti 18-55 yaş arasındakı kişilərdir. Yəni səfərbərlik ehtiyatında olan şəxslərdir.

Araşdırmalar təsdiqləyir ki, onlar Ermənistanın uduzduğu döyüşdə iştirak etmək istəmir, bu məqsədlə özlərini virusa "yoluxdururlar".

Bəzi məlumatlara əsasən, Ermənistanda koronavirus üçün "müsbət" test nəticəsi almaq 1000-2000 dollara başa gəlir. Beləliklə, virusa "yoluxmuşlar" Qarabağa göndərilməkdən azı iki həftəlik möhlət alır və bu da iki həftə həyatda qalmaq deməkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam